Milli Şura mitinqlərə başlamaq haqda qərar qəbul edib. Qurum ilk mitinqin vaxtını da elan edib.

Teleqraf.az xəbər verir ki, bu haqda AXCP sədri Əli Kərimli facebook səhifəsində məlumat verib:

“Dostlar, Milli Şura mitinq qərarını verdi! İlk mitinqimiz 11 sentyabr saat 17:00-da “İnşaatçılar” metrostansiyası yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək. Mitinq İcra Hakimiyyətilə razılaşdırılacaq. Gəlin, birlikdә ailə hakimiyyətinin ömürlük olmasına konstitusion “əsas” yaradılmasına, artıq dözülməz həddə çatmış sosial-iqtisadi problemlərə etiraz edək, ölkədə köklü islahatlar, “Monarxiyaya yox! Talana son!” tələb edək”!

 

Xəbər lenti