“Azərbaycana səfərim çox səmərəli və məhsuldar keçdi. Ölkələrimiz arasında çox mühüm strateji münasibətlər və xalqlarımız arasında çoxəsrlik dostluq əlaqələri var. Prezident İlham Əliyev və Baş nazir Artur Rasizadə ilə görüşlərimizdə ölkələrimiz arasında mövcud olan qədim dostluq münasibətlərinin daha da dərinləşdirilməsi və ikitərəfli əlaqələrimizin inkişafına dair bir sıra mühüm məsələləri müzakirə etdik”.

Bu sözləri Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycana səfərinin yekunlarına dair jurnalistlərə müsahibəsində deyib.

Baş nazir bildirib ki, Azərbaycan ilə Gürcüstan strateji əhəmiyyət kəsb edən çox əhəmiyyətli regional iqtisadi layihələr həyata keçirirlər: ““Cənub Qaz Dəhlizi”, Cənubi Qafqaz Qaz Boru Kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikintisinin davam etdirilməsi, eləcə də digər layihələr barədə müzakirələr apardıq və mühüm razılaşmalarımız oldu”.

“Deyə bilərəm ki, səfərim və ümumilikdə apardığımız danışıqlar bizim üçün çox əhəmiyyətli oldu”, – deyə Baş nazir vurğulayıb. (Azərtac)

Xəbər lenti