“REAL” hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərli həbsdən azad olunub.

Teleqraf.az-ın verdiyi xəbərə görə, bu barədə onun vəkili Cavad Cavadov məlumat yayıb.

Prokurorluq N.Cəfərlinin barəsində həbs qətimkan tədbirinin ləğv edilmısi haqda təqdimat verib.

Nəsimi rayon məhkəməsinin qərarı ilə prokurorluğun vəsatəti təmin edilib. N.Cəfərli məhkəmə zalından azad edilib.

Qeyd edək ki, N.Cəfərli avqustun 13-də saxlanılmışdı. O, qanunsuz sahibkarlıq fəaliyyəti, mənimsəmə və vergidən yayınmada ittiham edilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

Xəbər lenti