19.09.2016.“Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclasında Azərbaycan Prezident İlham Əliyevin Ermənistan prezidenti Serj Sarkisyanı susdurması ölkəmizin öz torpaqlarını geri qaytarmaq istəyində bir daha prinsipial olduğunu göstərdi”. Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, ermənilər bütün məqamlardan istifadə edirlər ki, öz ağır vəziyyətdə olduqlarını, yazıqlıqlarını şikayət etsinlər: “Bu, bir növ erməni xəstələyidir. Təbii ki, ermənilər hazırkı vəziyyətin dəyişməsində maraqlı deyillər. Onlar ən müxtəlif vasitələrdən istifadə edirlər ki, hazırki status-kvo qorunub saxlansın. Bu vasitələrdən biri də müəyyən toplantılarda (istər Avropa, MDB, istərsə də regional) iştirakçıların “rəğbətini” qazanmaq üçün əl-ayağa düşməkdir. Onlar bundan çəkinmirlər və bu bir növ erməni həyasızlığıdır. Heç kimə sirr deyil ki, məlum aprel döyüşləri Ermənistana çox ağır zərbə vurub. Ermənilər həm Azərbaycan ordusunun gücünü gördülər, həm də xeyli sayda itkilər verdilər. Təbii ki, onlar müəyyən məqamlarında bunu qabartmağa çalışırlar. Hesab edirəm ki, bu məsələdə Azərbaycan prinsipial olmalıdır və elə oradaca prinsipial mövqe tutuldu. Azərbaycan Prezidenti İlham Əliyev Serj Sarkisyana tutarlı cavab verdi”.

Xəbər lenti