Rusiyanın bəzi iqtisadi göstəriciləri açıqlanıb. Novator.az-ın məlumatına görə, İqtisadi İnkişaf Nazirliyi 2016-cı ilin yanvar-avqust aylarında ümumi daxili məhsulun ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7% azaldığını bəyan edib.

Nazirlik ilin yekununda iqtisadiyyatın 0,6% kiçiləcəyini proqnozlaşdırır. 2015-ci ildə Rusiya iqtisadiyyatında 3,7% azalma qeydə alınmışdı.

İqtisadi İnkişaf Nazirliyinin hesabatına əsasən, 2016-cı ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 291,6 milyard dollar olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,9 faiz azalma deməkdir. 8 ayda Rusiyanın ixracı 25,8%, idxalı 5,9% azalıb.

Yanvar-avqust aylarında Rusiyanın xarici ticarətinin 59,5%-i ixracın, 40,5%-i idxalın payına düşüb.

Xəbər lenti