Gürcüstanda siyasi partiyaların parlamentə neçə mandat əldə etdiyi bilinib.

Novator.az-ın məlumatına görə, oktyabrın 8-də keçirilmiş parlament seçkisində hakim Demokratik Gürcüstan Partiyası (“Gürcü arzusu”) proporsional sistem üzrə 44 mandat qazanıb. Müxalif Vahid Milli Hərəkat Partiyası 27 mandat, millətçi mövqedə dayanan Vətənpərvərlər Alyansı 6 mandat götürüb.

Majoritar sistemdə isə “Gürcü arzusu” 23 mandata sahib çıxıb.

50 dairədə ikinci tur keçiriləcək.

Gürcüstanda 150 yerlik parlamentin 77 deputatı proporsional (partiya siyahıları üzrə), 73 deputatı majoritar (dairələr üzrə) üsulla seçilir. Hökuməti parlamentdə 76 mandat əldə edən partiya formalaşdırır.

Xəbər lenti