Əl-Qaida lideri Usamə Bin Ladenin oğlu Həmzə Bin Laden 11 sentyabr terror hücumuna rəhbərlik edən Məhəmməd Attanın qızı ilə ailə qurub.

 

Teleqraf.com xəbər verir ki, bu barədə “Qardian” qəzeti məlumat yayıb.

Qəzetə bu haqda Bin Ladenin ögey qardaşları bildirib.

Əhməd və Həsən adlı qardaşlar deyiblər ki, Həmzə Bin Laden Əl-Qaida təşkilatında yüksək post tutur və əsas məqsədi 7 il əvvəl öldürülən atasının intiqamını almaqdır.

Həmzə Bin Laden Usamə Bin Ladenin həyatda olan 3 xanımından biri, Hayriyə Sabardan doğulan öğludur.

Sabar ABŞ xüsusi xidməti Bin Ladeni öldürərkən onun yanında olub.

Xəbər lenti