|
Deputat Araz Əlizadənin Azərbaycan dövlət himni haqdə səslədirdiyi fikirlər cəmiyyət içərisində narazılıqla qarşılanıb.
Moderator.az - a açıqlama verən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Araz Əlizadənin sözlərini sarsaqlama adlandırıb:
Araz Əlizadə bilmədiyi bir sahədən danışır. Ona görə də belə sarsaqlayıb. Heç kimin hüququ yoxdur ki, ölkəmizin əsas atributlarından biri olan himnimiz haqda bu sözlər desin. Araz Əlizadə yarımçıq bir adamdır. Hansı mövzuda istəyir, ağzına nə gəlir danışır. Məhşur bir deyim var. “Hər kəs bildiyini danışsa dünyaya çox gözəl sükut çökərdi”. A.Əlizadə də öz bildiyindən, danışsın. Bu axmaq sözə ehtiyac yox idi. Hesab edirəm ki, Milli Məclisdə də Araz əlizadənin bu sözlərinə münasibət bildirilməlidir.”
Qeyd edək ki, “Araz Əlizadə mətbuata açıqlqma verərək bildirib ki, Azərbaycan himninin nə musiqisi himnimizə yaraşır, nə də sözləri. Azərbaycan Demokratik Respublikasının baniləri tələm-tələsikdə musiqiyə sözlər uyğunlaşdırdılar.”