|
Məhkəmə vasitəsilə pozulan hüquqlarını bərpa edə bilməyən bir qrup Ağdaş sakini ölkə başçısı İlham Əliyevə şikayətlə müraciət ediblər. Məmur özbaşınalığı və məhkəmə qərarlarının qanunsuzluğundan bəhs edən müraciətdə deyilir:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Cənab Prezident!
Aşağıda imza edən ailələr 2-ci dəfə şikayət ərizəsi ilə müraciət edərək sizə bildiririk ki, biz Ağdaş rayon Qumlax kəndində yaşayırıq. 2012-ci ildən Bakının Qobustan qəsəbəsində Mir Qasım 8 ev 12-də yaşayan Kərimov Kamil bizim istifadə etdiyimiz gediş-gəliş yolunun üstündə saxta sənədlərlə yarımtikili ev inşa etdirmişdir. Onun qanunsuz əməlləri sayəsində üç ailənin evinə 10-dan çox ailənin isə pay torpaqlarına gediş-gəliş yolu tamamilə tutulmuşdur. Bu barədə müvafiq orqanalara müraciət etsək də, bizə məhkəməyə müraciət etməyimizi bildirmişlər.
Ağdaş Rayon Məhkəməsinə müraciət etsək də, sonradan hakimin qərardatı ilə bu işə Şəki iqtisad məhkəməsində baxıldığı üçün dayandırılmışdır.
Cənab prezident!
Bildiririk ki, Şəki İqtisad Məhkəməsi cavabdeh qismində Əmlak Məsələləri Dövlət Komitəsini, Ağdaş rayon torpaq şöbəsini və Ağdaş rayon Şıxlı bələdiyyəsini məhkəməyə dəvət etmişdir. Şıxlı bələdiyyəsinin sədri T.Cəbrayılov məhkəmədə hakimə bildirmişdir ki, iddiaçı K.Kərimovun iddia etdiyi 0,8 ha qanuni zəbt etdiyi 0,11 ha torpaq sahəsi İslahat Komissiyası tərəfindən ona verilmişdir və hal-hazırda həmin sahədən istifadə edir, ancaq iddia etdiyi torpaq sahəsini isə K.Kərimov “Sosializm” kolxozu tərəfindən ona ayrılmış həyətyanı torpaq sahəsinin “tanıtım aktı” hissəsini saxtalaşdırılmış və ona həyətyanı torpaq sahəsini mövcud olmayan “Qızıl əsgər” kolxozu tərəfindən verildiyini bildirmişdir. Şəki İqtisad Məhkməsi 20.12.2012-ci ildə Qumlax kəndində tərəflərin iştirakı ilə baxış keçirmiş və iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərlə göstərilən yerin uyğunluq təşkil etmədiyini və sənədlərin saxta olduğuna əmin olmuş və iddiaçının təmin olunmayacağını bildirmişdir. Buna baxmayaraq, hakim Səadət Zeynalova 09 yanvar 2013-cü ildə iddiaçının xeyrinə rüşvət alaraq qərar çıxartmışdır. Hakim Səadət Zeynalova üçüncü şəxsin Şıxlı bələdiyyənin hüquqi varisk Telman Cəbrayılovu və Şıxlı bələdiyyəsinin üzvü X.Cəbrayılovu fiziki şəxslər kimi qələmə vermişdir. İddiaçının iddiasını təmin edərkən həmin torpaq sahəsini Şıxlı bələdiyyəsinin müəlkiyyətində olduğu ilə hesablaşmamış və qərarın surətini Şıxlı bələdiyyəsinə göndərilməsini təmin etməmişdir.
Cənab Prezident!
Şıxlı bələdiyyəsi həmin qərarın surətini Şəki İqtisad Məhkəməsinin sədri Usaməddin Osmanova ünvanladığı müraciətlə dəfələrlə tələb etsə də, qərarın surəti Şıxlı bələdiyyəsinə göndərilməmiş və göndərilməsini təsdiq edən heç bir sənəd Şıxlı bələdiyyəsinə təqdim etməmişdir.
Buradan da belə qənaətə gəlmək olar ki, Şəki İqtisad Məhkəməsi Şıxlı bələdiyyəsinin mülkiyyətində olan torpaqları, gediş-gəliş yolunu Ağdaş rajyon Torpaq şöbəsi (keçmiş), Əmlak Məsələləri Dövlət Komitəsi Yevlax şöbəsi ilə əlbir olaraq, öz şəxsi malları kimi satmışlar.
Cənab Prezident!
Şəki İqtisad Məhkəməsi 03 yanvar 2013-cü ildə qərardat çıxararaq işi iki hissəyə ayırmış və mülki hissə ilə bağlı Telman Cəbrayılovu Ağdaş rajyon Şıxlı bələdiyyəsini hüquqi varisi kimi Şəki Apellyasiya Məhkəməsinə yox, cavabdeh fiziki şəxs kimi göstərərək Ağdaş Rayon Məhkəməsinə müraciət etməsi haqqında qərardad çıxarmışdır. Qərardan şikayət verilsə də, Şəki Apellyasiya Məhkəməsinin hakimi İnşallalh Quliyev 27 sentyyabr 2013-cü ildə işə baxaraq bildirmişdir ki, Şəki İnzibati İqtisad Məhkəməsinin 09 yanvar 2013-cü ilb tarixli qərarı ilə baxılmış iddia tələbində Telman Cəbrayılov, X.Cəbrayılov və R.Məmmədov cavabdeh olmadıqlarından, qeyd olunan qərarla onların üzərinə heç bir vəzifə qoyulmadığından və hüquqlarının pozulmadığına görə, həmin qərardan şikayət verə bilməzlər və buna görə də apellyasiya şikayətinə baxılması mümüknü hesab edilməsin və qərardan verilmiş apellyasiya şikayətinin qəbul edilməsinsən imtina edilsin.
Bir daha bildirir ki, Telman Cəbrayılov 2011-2015-ci illərdə üçüncü şəxsin hüquqi varisi Ağdaş rayon Şıxlı bələdiyyəsinin sədri olmuşdur və həmin əsaslara Ali Məhkəmədə işə baxmağı rədd etmiş və iddiaçı K.Kərimovun iddia tələbi qanunsuz olaraq qüvvəyə minmişdir.
Başqa çıxış yolunuz qalmadığı üçün Şıxlı bələdiyyəsi İnzibati İqtisadi məhkəməyə yeni açılmış hallarla bağlı yenidən müraciət etmiş Şəki İqtisad Məhkəməsi, Apellyasiya Məhkəməsi, Ali Məhkəmə iddiaçı Kamil Kərimovun sənədlərinin saxta olduğunu qəbul etmiş, bu barədə ancaq Şıxlı bələdiyyəsinin vaxtında məlumat vermədiyini və qərarın qüvvəyə mindiyini bildirirək, işə yenidən baxılmasını rədd etmişdir.
(Bildiririk ki, Şəki İqtisad Məhkəməsinin 03 yanvar 2013-cü ildə mçıxardığı qərardan verdiyimiz apellyasiya şikayətində qanun pozuntularını və saxtakarlıqları göstərmişdik, ancaq şikalyətə baxmaqdan imtina etmişdilər.)
Cənab Prezident!
Bundan daha da iştahlanan Şəki İtisad Məhkəməsinin hakimi Kənan Vəliyev Şıxlı bələdiyyəsinin xəbəri olmadan Şıxlı bələdiyyəsinin mülkiyyətinfə olan 27 yanvar 2014-cü il tarixli 2-1 (84)-279/2014 saylı qərarı ilə yenidən Kamil Kərimovun 03 yanvar 2013-cü ildə həmin məhkəmənin hakimi Sədət Zeynalovanın saxta sənədlərlə verdiyi 0,8 ha həyətyanı torpaq sahəsinə bitişik 0,11 ha olduğunu bildirmiş və iddiaçının iddia tələbini təmin etmiş və gediş -gəliş yolunun daha 0,11 ha-nı K.Kərimova vermişdir. Həmin qərarın surətini də Şıxlı bələdiyyəsinə göndərilməmişdir. 2016-cı ildə Şıxlı bələdiyyəsi Mürsəl bələdiyyəsi ilə birləşdikdən sonra Mürsəl bələdiyyəsinin sədri bir neçə dəfə 27 yanvar 2014-cü il tarixli qərarın surətini Şəki İqtisad Məhkəməsindən tələb etsə də, həmin qərarın surətini Mürsəl bələdiyyəsinə verməmişlər. Sonradan Mürsəl bələdiyyəsinin sədri nədənsə birdən birə məhkəməyə 27 yanvar 2014-cü il tarixli qərarın surətinin artıq bələdiyyəyə lazım olmadığını bildirmişdir. Bu da Mürsəl bələdiyyəsinin sədri Əhməd Məmmədovun da rüşvət alaraq susduğunu göstərir.
Cənab Prezident!
Məsələ ilə bağlı 03 mart 2015-ci ildə nümayəndəmiz X.Cəbrayılov Ağdaş rayonunda vətəndaşların qəbulu zamanı Ədliyyə Naziri Fikrət Məmmədovun qəbulunda olmuş, ona hakimlərin özbaşınalığı haqqında adımızdan etirazını bildirmişdir. Cənab nazirə bütün məhkəmə qərarları məruzə olunduqdan sonra bildirmişdir ki, o, özü birbaşa məhkəmə qərarlarını ləğv etmək səlahiyyətinə malik deyil. Ancaq o, bizim adımızdan ona ünvanlanmış ərizənin üstünü yazaraq, Ali Məhkəməyə göndərəcəyini, bizə isə sonuncu 27 fevral 2015-ci ildə çıxarılmış Şəki Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verməyimizi və bu dəfə qərarın burada gediş-gəliş yolu bağlanmış ailələrin xeyrinə çıxarılacağını bildirmişdir. Ancaq çox təəssüflər olsun ki, bu baş vermədi.
Cənab nazirdən başqa iki dəfə Ağdaş rayon İcra başçısının qəbulunda olmuşuq. Ali Məhkəmənin sədrinə, Məhkəmə Hüquq Şurasına, Milli Məclisə müraciət etsək də, şikayətimizə baxan olmayıb. Elə sizin aparatdan da sizə ünvanladığımız şikayəti bizim hüquqlarımızı pozanlara yəni Şəki Apellyasiya Məhkəməsinə göndəriblər. Şikayətimizə baxan olmayıb. Bir ildən çoxdur ki, gediş gəliş yolunun bağlanması ilə əlaqədar Ağdaş Rayon Məhkəməsində işə baxılır. Ancaq Əmlak Məsələləri Dövlət Komitəsi Yevlax şöbəsi cavabdeh olduqları halda, onların özlərinin saxta xəritə ilə işləyərək rəy verməsi hakimin ədalətli qərar çıxarmasına imkan vermir.
Cənab prezident!
Gördüyünüz kimi sadə insanların hüquqları bütün məhkəmə instansiyalarında pozulur. Hakimlər ədalətin yox, pulluların yanındadırlar. Biz, kasıb insanların hakimlərə vermək üçün pulumuz yoxdur. Biz sizə səs vermişik, ümidimiz ancaq sizədir. Hüquqlarımızın qorunmasının qarantısınız. Ona görə sizdən çox xahiş edirik ki, bizə kömək edin. Burada qan tökülməsinə yol verməyin.
İmzalar:
Məmmədov Rövşən (Ş/V AZE № 14680404),
Məmmədov Ceyhun (Ş/V AZE № 09777338),
CəbrayılovXətair (Ş/V AZE № 13482687),
Abbasova Esmira (Ş/V AZE № 01615102),
CəbrayılovPərvanə (Ş/V AZE № 15994680),
Əliyeva Məhbubə (Ş/V AZE № 03059703),
CəbrayılovaSəidə (Ş/V AZE № 02773357),
Cəbrayılov Nurlan (Ş/V AZE № 15995206),
Əliyev Məzahir (Ş/V AZE № 15680423),
CəbrayılovaZöhrə (Ş/V, AZE № 04290408),
MəmmədovaMəxbər (Ş/V, AZE № 13070134),
CəbraçyılovaAzadə (Ş/V, AZE № 15907469),
CəbrayılovTelman (Ş/VAZE № 02773352).
Bastainfo.com